Konçita QİÇS xəstəsi olduğunu etiraf etdi

OXUNUB: 694 DÜNYA

Daha çox Konçita Vörst kimi tanınan avstriyalı müğənni Tom Noyvirt QİÇS xəstəsi olduğunu bəyan edib.

İcmal.Az-ın xəbərinə görə, müğənni bu barədə öz "Instagram” səhifəsində yazıb.

Konçitanın sözlərinə əsasən, o, bu diaqnozla artıq bir neçə ildir ki yaşayır. Noyvirt qeyd edib ki, bu barədə açıqlama vermək istəməyib, lakin keçmiş sevgilisi onu təhdid etdikdən sonra məcbur qalıb:

"Mən heç kimə həyatıma təsir etməyə və məni qorxutmağa icazə vermərəm”, - müğənni qeyd edib.

O, dəstəyə görə öz ailəsinə, dostlarına və pərəstişkarlarına təşəkkür edib.

İcmal.Az

RƏYLƏR