Kontakt Home, Baku Electronics, Music Gallery-dən şikayətlər pik həddə çatıb - EKSPERTDƏN AÇIQLAMA

OXUNUB: 38 İQTİSADİYYAT
Son vaxtlar elektronika mağazalarından şikayətlər pik həddə çatıb. Xarab məhsuldan tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit və zəmanət fırıldaqları adi hal alıb. Məsələnin kökündə o səbəb durur ki, ölkəmizdə bütün dünyada elektronika mağazalarının üzərinə rəsmi zəmanət tələbi qoyulmur. Məlumat üçün qeyd edək zəmanətin 3 növü var:

1)Rəsmi zəmanət-İstehsalçı tərəfindən verilən rəsmi zəmanətdir

2) Mağaza zəmanəti-Məhsulu aldığınız mağaza və ya şirkət tərəfindən verilən zəmanət

3) Servis zəmanəti-Məişət avadanlıqlarının təmiri ilə məşğul olan servis şirkəti tərəfindən verilən zəmanət

Birdə elektronika mağazalarının özünün əlavə gəlir qazanmaq üçün yaratdığı bürünc zəmanət, gümüş zəmanət, qızıl zəmanət kimi zəmanət növləri varki bunların istehlakçıya heç bir faydası yoxdur. Yəni aldığınız məhsul xarab çıxsa belə, elektronika mağazası onsuzda həmin məhsulu nəyinki geri qaytarıb və ya dəyişdirməyəcək, heç təmir belə etməyəcəklər.
Kontakt Home, Baku Electronics, Music Gallery-dən şikayətlər pik həddə çatıb - EKSPERTDƏN AÇIQLAMA
Mövzu ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, son 10 ildə istehlakçı hüquqlarının pozulması halları arasında birinci yerdə mürəkkəb texniki vasitələr dayanır. Onun sözlərinə görə istehlakçı hüquqlarını ən çox pozan, "Pulunu ver, itil cəhənnəmə" prinsipi ilə işləyən mağazalar arasında ilk sıralarda Kontakt Home və Baku Electronics dayanır: "Music Gallery şirkətindəndə şikayətlər tüğyan edir. Bu sahədə həddindən artıq İstehlakçı Hüquqlarının pozulması halları var.

Mən dəfələrlə bununla bağlı Prezident yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına şikayət etmişəm. Lakin heç bir faydası yoxdur. Mən hər kəsi elektronika şəbəkələrini boykot etməyə çağırıram".

RƏYLƏR