“Kontakt Home” milyonlarla manat borca düşdü - FOTO

OXUNUB: 70 İQTİSADİYYAT
Azərbaycanda "Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, "ABC-Telecom”un Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7 672 122.25 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. 

Xatırladaq ki, "ABC-T
elecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və "Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.
 
 
 

RƏYLƏR