Kosovada gərginlik

OXUNUB: 644 DÜNYA

Kosovada siyasi-ictimai çəkişmələr fonunda  şimal rayonlarında yaşayan serblər Priştinaya aparan əsas avtomagistralı bağlayıb.

Qondarma respublikada hakim koalisiya parçalanıb.

Serblərin kompakt yaşadığı Kosovska Mitrovitse anklavında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyata etiraz olaraq "Serb siyahısı” partiyası koalisiyanın sıralarını tərk edib.

Bazar ertəsi xüsusi təyinatlı polis dəstələri səsli qumbaralar və gözyaşardıcı qaz tətbiq etməklə  bölgədə reyd keçirərək, serb dövlət məmuru Marko Curiçi  həbs edib.

Curiç Avropa İttifaqının qanadı altında Belqradla Priştina arasında dialoqa vasitəçilik edir.

Kosova serbləri ilə görüş zamanı onu zaldan zorla tutub Priştinaya aparıblar.  Kosova paytaxtında polis bölməsinə qandallanmış vəziyyətdə gətirilən serbiyalı rəsmi, sonrada vətəninə qaytarılıb.

Priştinanın bəyanatına görə, Curiç Kosovksa Mitrovits bölgəsinə qanunsuz yolla səyahət edib, belə ki, "Kosovanın ünvanına təhqirlər yağdırdığı üçün” onun qondarma respublikanın ərazisinə girişinə qadağa qoyulub./oxu

İcmal.Az

RƏYLƏR