ABŞ-ın Texas ştatındakı San-Antonio okeanariumundan Miss Helen adlı köpək balığını oğurlayan cinayətkarlar tapılıb.
İcmal.Az Ölkə.Az-a istinadən xəbər verir ki, köpək balığı artıq "evinə” qayıdıb.
CNN kanalının xəbərinə əsasən, balıq iki gün oğruların əlində olub. Məlum olub ki, bir qadın və iki kişi köpək balığını akvariumdan oğurlayıblar. Onlar uşaqlar okeanariuma gələrək köpək balığını torla tutublar. Sonra isə vedrəni götürərək, balığı içinə qoyublar. Vedrəni isə uşaq arabasında gizlədərək aradan çıxıblar.
Oğurluq faktı video müşahidə kamerasına qeyd edilib. Məlum olub ki, köpək balığının aşkar edildiyi evin sahibi okean faunasının kolleksioneridir.

























