Kreml ABŞ-ın “Kreml siyahısına’’ reaksiya verdi

OXUNUB: 773 DÜNYA

"Kreml siyahısı’’ haqqında ilkin mülahizələri vəziyyəti təhlil etdikdən sonra bildirmək olar.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məlumatı, məhz belə - Rusiya rəhbərliyinin ali üzvlərinin xatırlanması ilə hazırlanmış maksimal dərəcə geniş siyahının dərc olunması faktını  və başqa məqamları təhlil etmək lazımdır’’, - deyə, Peskov bildirib. 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bir qədər əvvəl Rusiya rəhbərliyinə yaxın yüksək rütbəli məmurlar və iş adamlarının yer aldığı "Kreml siyahısını’’ dərc edib.

Siyahıda Rusiyanın 114 iri məmur və dövlət şirkəti rəhbəri, 96 oliqarxı, həmçinin Rusiya prezidenti administrasiyasının rəhbərliyi, bütün federal nazirlər, Rusiya DİN, İstintaq İdarəsi, Federal Təhlükəsizlik Xidməti və Rosqvardiyanın rəhbərləri daxil ediliblər. sənəd sanksiya xarakteri daşımasa da, ABŞ tərəfindən adları sənəddə keçən şəxslərə qarşı yüksək diqqət göstəriləcəyi bildirilir./oxu

İcmal.Az

RƏYLƏR