Kriminal avtoritet həbsdə öldü

OXUNUB: 703 HADİSƏ

Azərbaycanda məhbus ölüb.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.

Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi "Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.

Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

İcmal.Az

RƏYLƏR