Kürdəmir Dairə Seçki Komissiyasının binası yandı - FOTO

OXUNUB: 666 SOSİAL

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.

Nazirlikdənİcmal.Az-a verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

***

10:50

Kürdəmir Dairə Seçki Komissiyasının binasında yanğın baş verib.

Rayon sakinlərinin İcmal.Az-a verdiyi xəbərə görə, alovun söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb olunub.

Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Yaralalıların olub-olmaması barədə məlumat yoxdur.

Qeyd edək ki, DSK şəhərin mərkəz hissəsində, Heydər Əliyev prospektində yerləşir.

 

İcmal.Az

RƏYLƏR