Kürdəmirdə piyadanı vurub öldürərək qaçan sürücü tutuldu

OXUNUB: 595 HADİSƏ

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 Hadisə bu gün axşam saat 17:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 200-cı kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən piyada, rayonun Xırdapay kənd sakini Nadir Arif oğlu İsgəndərovu vurub. Ağır xəsarətlər alan N. İsgəndərov hadisə yerində ölüb. Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Zərdab Rayon Yol Polisi Bölməsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində hadisənin Qaradağ rayon sakini Elgün Zeynalovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə törədildiyi məlum olub.apa

İcmal.Az

RƏYLƏR