Kürdəmirdə yol qəzası — Ölən var

OXUNUB: 1476 HADİSƏ
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

 
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında  rayonun Babək küçəsində  qeydə alınıb.

Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü  Qalib Əlmusa  oğlu Qasımov  idarə etdiyi "Lifan" markalı minik maşını ilə  hərəkətdə olarkən  yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan  F. Əsgərov  hadisə yerində ölüb.
 
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.  
 
İcmal.Az

RƏYLƏR