"Kurtlar Vadisi” serialında Elif obrazı ilə tanınan aktrisa Özgü Namal kənd həyatı ilə gündəmə gəlib.
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial ulduzu Sərdar Oralla ailə qurduqdan sonra karyerasına son qoyub və şəhər həyatından imtina edib. Cütlük neçə ildir ki, təbiət qoynunda kənd həyatı sürür. Onlar hətta şəhərdən gələn insanlara öz ərazilərində düşərgə qurmağa icazə verir.
Aktrisanın vətəndaş nikahında yaşadığı həyat yoldaşından Nəfəs və Dərd Su adlarında iki övladı var. İki uşağını da evində dünyaya gətirən Namal aylar sonra ilk dəfə əri ilə fermasının qarşısında paparatsilərin kameralarına tuş gəlib. Cütlük birlikdə evlərinə getdikdən bir müddət sonra, uşaqlar baxıcıları və bir canavar iti ilə meşə gəzintisinə çıxıb. Aktrisanın 2 yaşlı oğlu Elem Su da ilk dəfə görüntülənib.
Bağ evini 10 illiyinə icarəyə götürən Sərdar Oralın 7 hektar ərazini 1,4 milyon lirəyə aldığı məlum olub.
Özgü Namal iki uşaq baxıcısı və bir işçisinin yaşadığı evinin həyətində hində toyuq da saxlayır.
İcmal.Az