Vyetnamın şimal-şərqindəki Donqnay vilayətində iki dəstə kişi arasında dava baş verib.
İcmal.Az AsiaOne-a istinadən bildirir ki, polis hadisə yerində 10 nəfəri həbs edib.
Davada bir nəfər ağır yaralanıb.
Küçədə toqquşmaya səbəb qəza olub. Qəzada əzilmiş maşının sürücüsü onu vuran avtomobilin sürücsünə tapança çəkib, qovmağa başlayıb. Bunu görən "qarşı tərəf"in mənsubu iki bıçaqla tapançalı kişiyə hücum çəkib.
İcmal.Az




























