Lider televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyyə Ələkbərqızına yeni vəzifə verilib.
İcmal.Az bildirir ki, primetime.az-a etibarlı mənbədən daxil olan məlumata görə, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Lamiyyə bu gündən etibarən kanalda vəzifəsinin icrasına başlayıb. Məsələ ilə bağlı münasibət öyrənmək üçün L.Ələkbərqızı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonları şəbəkə xidməti xaricində idi. Xatırladaq ki, L.Ələkbərqızı 22 ildir televiziya sahəsində çalışır. O, ilk addımlarını dövlət televiziyası AzTV-də atıb və 11 il orada çalışdıqdan sonra Lider TV-də işə başlayıb. L.Ələkbərqızı Lider Tv-də də 11 il çalışıb. O, həmçinin "Həyat tərzi" verilişinin müəllifi və aparıcısı olub.
İcmal.Az