Lavrov ATƏT baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

OXUNUB: 782 SİYASƏT

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə görüşəcək.

İcmal.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. O, görüşün noyabrın 3-də Moskvada baş tutacağını söyləyib.

M. Zaxarova görüşdə Dağlıq Qarabağ, Dnestryanı və Ukrayna münaqişələrinin müzakirə olunacağını bildirib. 

İcmal.Az

RƏYLƏR