Lavrov Paşinyanın Qarabağ istəyinə münasibətini AÇIQLADI

OXUNUB: 682 SİYASƏT
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnasakanyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə münasibət bildirib.
 Lavrov Azərbaycan və Ermənistanın bu məsələdə razılaşacağı təqdirdə, Rusiyanın bunu alqışlayacağını deyib.

"Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb. Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq”, - deyə o qeyd edib.

Lavrov əlavə edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır”.

İcmal.Az

RƏYLƏR