Lavrov və Tillerson görüşdü

OXUNUB: 526 DÜNYA

Vyanada Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, görüş ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiyalı nazir görüşün bir saatadək davam etdiyini bildirib.

Görüş zamanı diplomatlar Suriyaya dair Cenevrə danışıqlarının bərpasını alqışlayıb, Şimali Koreya ətrafındakı vəziyyəti, ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını müzakirə ediblər.  

Diplomatlar Rusiya və ABŞ prezidentləri arasında Vyetnamda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.

İcmal.Az

RƏYLƏR