ÖLƏ BİLƏRSİNİZ: Hovuz suyuna qatılan kimyəvi maddələr - ARAŞDIRMA

OXUNUB: 1101 SOSİAL

İstirahət mərkəzlərində hovuz suyunu təmizləmək üçün müxtəlif növ kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr bulanıq suya tökülən zaman onu dəqiqələr sonra şəffaf suya çevirir. Çox adam bunun insan üçün zərərli olmadığını düşünür. Elə bunu istirahət mərkəzləri də təsdiqləyir. Lakin suda bu cür effekt yaradan maddə həssas insan dərisində sonradan ciddi fəsadlar doğurur.

Kimyaçı Əli Yaqubov məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, suyu şəffaflaşdıran bu cür maddələr suda PH-ın dəyişməsinə səbəb olur. Bu da təbii ki, orqanizmə əks təsir göstərir:

"Bu maddələr keyfiyyət baxımından bahalı və ucuz olur. İstehsalı ucuz və asan başa gələn maddələr ucuz, çətin başa gələnlər isə baha satılır. Maddə suda tam azad olmur. Bu səbələ insan bədəninə təsiri edə bilər. Ümumiyyətlə, suya qatılan xlorlu maddələr insanda saçların tökülməsinə, hətta xərçəng xəstəliyinin yaranmasına belə gətirib çıxara bilər”./metbuat

 

İcmal.Az

RƏYLƏR