Bu barədə məlumatı saytımıza açıqlamasında mərhum Cəmilə Salahovanın bacısı Tünzalə xanım bildirib. Ev tikilənə qədər isə ailə başqa bir evdə kirayə yaşayacaq. Onların kirayə pulu da rəhbərlik tərəfindən ödəniləcək.
Qeyd edək ki, Cəmilə Salahovanın Jalə və Zümrüd adında iki qız övladı var. Onlar xalası Tünzalə xanımla birlikdə yaşayırlar. Tünzalə xanım da saytımıza danışarkən şəraitsiz evdə kirayədə qaldıqlarını, ev probleminin olduğunu bildirmişdi. Mərhumə də sağlığında pul yığıb, ev almaq üçün çalışırmış./Yenicag.az
İcmal.Az