Liviyada terror aktı nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb

OXUNUB: 644 DÜNYA

Liviyada terror aktı törədilib.

BNEWS.az xəbər verir ki, bu barədə "Əl-Vətən" qəzeti yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Benqazidən 100 kilometr məsafədə, Əjdabiyə şəhərində qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub.

Həkimlər hadisə zamanı daha 11 nəfərin yaralandığını xəbər verib. Onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Liviya polisi hadisəni terror aktı adlandırıb.

 

İcmal.Az

RƏYLƏR