“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib

OXUNUB: 741 SOSİAL
"Loqos” un Azadlıq filialında Üsküdar Universitetinin təqdimatı keçirilib. 
      Keçirilən təqdimat mərasimini açıq elan edən  "Loqos” un Marketinq şöbəsinin rəhbəri Günel Axundova "Loqos” un Üsküdar Universiteti ilə əməkdaşlıqdan danışıb və qeyd edib ki, bu əlaqələr çərçivəsində gənclər üçün yeni imkanlar yaradılır. 
         Daha sonra Türkiyənin Üsküdar Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Emre Üçsular Universitetin təqdimatını edib və geniş məlumat verib. Gənclər üçün  tədris olunan müxtəlif ixtisaslar barədə məlumat verərək direktor qeyd edib ki, Universitetdə bütün tələbələr üçün yüksək səviyyədə tədris yaradılıb. 
   Məlumat üçün bildirək ki, Üsküdar Universiteti Türkiyənin İstanbul şəhərində yerləşən 10 min tələbəsi olan bir universitetdir. Universitetdə  bütün sahələr üzrə təhsil almaq imkanı mövcuddur.
        Üsküdar Universitetində təhsil almaq istəyən hər bir şəxs bu fürsətdən yaralana bilər. Qeyd edək ki, Universitetə qeydiyyat davam edir. Əlavə sual üçün "Loqos” – un Azadlıq filialı müraciət edə bilərsiniz.

     Ünvan:  Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi 195 B 
     Telefon: 050.748. 46.48 
 
 
İcmal.Az

RƏYLƏR