"Lukoil"in operatoru növbə rəisinin pulunu oğurlayıb

OXUNUB: 43 İQTİSADİYYAT
Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən "Lukoil" yanacaqdoldurma məntəqəsində (YDM) oğurluq baş verib. 

 YDM-də operator işləyən şəxs növbə rəsininin 1100 manatını oğurlayıb. 

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində Firuzə Kərimovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini övladının xəstə olması və müalicə xərclərinin qarşılaya bilməməsi ilə izah edib. 

Məhkəmənin hökmü ilə müttəhimə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzrəində qəti olaraq 1 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

RƏYLƏR