Ölümcül selfi - QUMBARA ƏLİNDƏ PARTLADI

OXUNUB: 560 MARAQLI

Rusiyanın Krasnodar diyarının Labinsk şəhərində yerli sakin əl qumbarasının partlaması nəticəsində ölüb.

Regionun hüquq-mühafizə orqanları bildiriblər ki, ölən gənc hadisədən əvvəl sosial şəbəkədə öz selfi fotolarını yerləşdirib. Fotoların birində o, "limonka"nın alışdırıcısını çıxardığını nümayiş etdirib.
 
"Belə görünür ki, o, alışdırıcını təkrar yerinə daxil edə bilməyib. Partlayış onu parça-parça edib", - deyə mənbə bildirib.
 
Faktla bağlı təhqiqat aparılır./lent

İcmal.Az

RƏYLƏR