Makedoniyanın “Eurovision-2018”-də iştirakına qadağa qoyuldu

OXUNUB: 728 ŞOU-BİZNES

Avropa Yayım İttifaqı (AYİ) Makedoniyanın "Eurovision-2018”-də iştirakına qadağa qoyub.

İcmal.Az xəbər verir ki, Makedoniya AYİ-yə olan borcuna görə builki müsabiqəyə qatıla bilməyəcək. Ölkə, eyni zamanda, "Junior Eurovision” müsabiqəsində də iştirak edə bilməyəcək.

AYİ-nin mətbuata açıqlamasında bildirilib ki, Makedoniya borclarını ödədiyi təqdirdə müsabiqəyə qatıla bilər.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək "Eurovision-2018” mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək. Onlar arasında Azərbaycan da var.

İcmal.Az

RƏYLƏR