Maqsud Məmmədov direktor oldu | AZCON-da yeni təyinat

OXUNUB: 101 SOSİAL
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni kadr təyinatı həyata keçirilib.

 Maqsud Məmmədov AZCON-un Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Maqsud Məmmədov "Texas State University”-də beynəlxalq münasibətlər və siyasi elmlər üzrə bakalavr, "Johns Hopkins SAIS”-də siyasət və beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi, SOAS–London Universitetində isə siyasi psixologiya üzrə PhD dərəcəsi alıb. 

O, Harvard Universitetində postdoktoral tədqiqat proqramında iştirak edib.

2011–2025-ci illərdə M. Məmmədov enerji, innovasiya və beynəlxalq əməkdaşlıq sahələrində strateji layihələrə rəhbərlik edib. O, "SOCAR Middle East”-də Baş direktor müavini, TANAP layihəsində xarici əlaqələr direktoru, eləcə də "SOCAR Türkiyə”nin R&D və İnnovasiya şirkətində rəhbər vəzifələrdə çalışıb.

Maqsud Məmmədov Harvard, Vharton, "National University of Singapore”, Honkonq Universiteti və "Asia Global Institute”-də liderlik və strateji idarəetmə üzrə "Executive Education” proqramlarını tamamlayıb. O, beynəlxalq PgMP®, PMP® və PMI-ACP® sertifikatlarına malikdir. Məqalə və araşdırmaları müxtəlif beynəlxalq media və analitik platformalarda dərc olunub.

Yeni təyinatla əlaqədar Maqsud Məmmədov AZCON-un beynəlxalq tərəfdaşlıq siyasətinin inkişafına, qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə və innovativ
layihələrin koordinasiyasına rəhbərlik edəcək.
 

RƏYLƏR