“Maral” mahnısını paylaşan erməni qızın səhifəsi ələ keçirildi

OXUNUB: 884 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə ilə erməni vizajist Anjelika Abramyan arasında söz davası olmuşdu.

Sənətçi mahnını erməni xalq mahnısı adlandıran Anjelikanın səhifəsini paylaşaraq onu tənqid etmişdi.

Azərbaycanlı hakkerlər Anjelikanın İnstaqram hesabını ələ keçirib. Bu haqda Nadir İnstaqramında paylaşım edərək "Erməni stilistin səhifəsi bağlandı. "Maral”a erməni xalq mahnısı yazdığına görə” sözlərini qeyd edib. 

Qeyd edək ki, Abramyan rəqs edərkən çəkilən videosunu yayımlayaraq "Sizin istəyinizlə erməni mahnısı. Oxuyur Tiqran Asatryan, "Tanem-tanem"..." sözlərini yazmışdı./axşam

İcmal.Az

RƏYLƏR