Masallıda nəhəng qartal tutuldu – FOTO

OXUNUB: 1166 SOSİAL

Masallıda rayonunun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

İcmal.Az-ın məlumatına görə, APA-nın cənub bürosu xəbər verir ki, qartal qanadından yaralı olduğundan uça bilmirmiş.

A. Qurbanov quşu evinə aparıb. Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda, quşu müalicə etdirə bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.

Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.

Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növü var.

 

İcmal.Az

RƏYLƏR