MDU Azərbaycan-Türkiyə ELM və TƏHSİL əlaqələrinə yeni imza atıb

OXUNUB: 0 SOSİAL
Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə 5 günlük işgüzar səfər həyata keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nüfuzlu Türkiyə ali təhsil müəssisələrində olub, elm, təhsil, innovasiya və ikili diplom proqramları sahəsində əməkdaşlığa dair bir sıra Anlaşma Memorandumları və Protokollar imzalanıb.

Səfərin nəticəsində MDU ilə aşağıdakı universitetlər arasında mühüm əməkdaşlıq razılaşmaları əldə olunub:

Dokuz Eylül Universiteti ilə – elmi və akademik fəaliyyətləri əhatə edən əməkdaşlıq memorandumu;

Ege Universiteti ilə – elmi tərəfdaşlıq və birgə tədqiqatlar üzrə razılaşma;

Ankara Hacı Bayram Veli Universiteti ilə – ikili diplom proqramının həyata keçirilməsi;

Gazi Universiteti ilə – "Kompüter mühəndisliyi” üzrə ikili diplom proqramı haqqında anlaşma;

OSTİM Texniki Universiteti ilə – sənaye yönümlü əməkdaşlıq üzrə protokol.

Bu görüşlər və imzalanan sənədlər Azərbaycan–Türkiyə akademik inteqrasiyasının dərinləşməsi, birgə elmi layihələrin reallaşdırılması və tələbə-müəllim mübadiləsinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Mingəçevir Dövlət Universiteti beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində regional innovasiya ekosistemində aktiv iştirakını davam etdirmək, müasir tədqiqat mühitinin formalaşdırılması və qlobal elm məkanında rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl addımlar atmaqdadır.
 
 





 

RƏYLƏR