MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər

OXUNUB: 0 SOSİAL
2025-ci il oktyabrın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisinin təşkilatçılığı ilə "Orhun Mübadilə Proqramı”na həsr olunmuş infosessiya keçirilib. Universitetin akt zalında baş tutan tədbirdə MDU-nun akademik-inzibati heyətinin üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin rəhbəri Samirə Əhmədova universitetdə müəllim və tələbələr üçün mövcud beynəlxalq əməkdaşlıq imkanları, ikili diplom və mübadilə proqramları barədə məlumat verib. O, çıxışında beynəlxalq təcrübənin müəllim və tələbələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra ofisin koordinatoru Pərviz Məmmədrzayev "Orhun Mübadilə Proqramı” barədə ətraflı təqdimatla çıxış edib. O, proqramın məqsədləri, iştirak qaydaları, tərəfdaş universitetlər və tələbələr üçün yaradılan imkanlar haqqında danışıb.

İnfosessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, mübadilə proqramının üstünlükləri və həyata keçirilmə mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

"Orhun Mübadilə Proqramı”nın əsas məqsədi Türk dövlətləri arasında elm, təhsil və mədəni əlaqələri gücləndirmək, gənclər arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini inkişaf etdirmək, eləcə də üzv universitetlər arasında təhsil və elmi tədqiqat mübadiləsini təşviq etməkdir.

Proqram çərçivəsində tələbə və müəllimlər Türk dövlətlərinə məxsus 100-dən çox universitetdə təhsil və tədris mübadiləsində iştirak edə bilirlər.

Qeyd edək ki, "Orhun Mübadilə Proqramı” Türk dünyasında ortaq ali təhsil məkanının formalaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüsdür. Proqram 2017-ci ildə Türk Universitetlər Birliyi (TÜRKÜNİB) tərəfindən təsis olunub və hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərini əhatə edir.

 Возможно, это изображение 6 человек, помост и текст

5
 

7
 
14
 
 
 

RƏYLƏR