MDU-nun nümayəndə heyəti İstanbul Aydın Universitetində olub: İki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib

OXUNUB: 0 SOSİAL
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə səfəri çərçivəsində İstanbul Aydın Universitetini ziyarət edib. MDU-nun Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində universitetlərarası əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı Mingəçevir Dövlət Universitetində mühəndislik sahəsində kadr hazırlığı, tədrisin təşkili, tələbələrin istehsalat və peşə təcrübələrinin həyata keçirilməsi, eləcə də karyera planlaması və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı xüsusilə mühəndislik ixtisasları üzrə birgə layihələrin icrası, tələbələrin real əmək bazarına hazırlanması, tələbə və müəllim mübadiləsi, sənaye–universitet əlaqələrinin qurulması və karyera mərkəzləri arasında təcrübə mübadiləsi imkanları müzakirə olunub. İAU nümayəndələri MDU ilə bu istiqamətdə həyata keçirilə biləcək konkret əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.

RƏYLƏR