Megastore marketdə vaxtı keçmiş və xarab olmuş məhsul aşkarlanıb.
Bakıda yerləşən Megastore 2-də ( Zığ yolu 3A, Xətai rayonu Nargilə dairəsi, yerüstü keçidin yanı) istifadə müddəti bitmiş xarab məhsul satılır.
Azerforum.com- a müraciət edən müştəri bildirir ki, mağazada satılan pendirin istehsal tarixi 19.08.2020-ci il olaraq qeyd edilsə də, saxlanma qaydalarına düzgün əməl olunmadığı üçün kiflənmişdir, məhsul keyfiyyətsiz olmaqla yanaşı, həm də insan orqanizmi üçün çox təhlükəli ola bilər. Satılan hər hansı ərzaq köhnədirsə, saxlanma qaydalarına düzgün əməl olunmayıbsa, zəhərlənmə ilə yanaşı, ondan müxtəlif xəstəliklərin yaranması da mümkündür.
Ölkəmizin bəzi marketlərində eləcə də, "Megastore"-də satışa çıxarılmış bəzi məhsulların keyfiyyətsiz olması ilə bağlı müəmmalara isə cavab tapmaq qeyri-mümkündür, eləcə də satışdan çıxarılması gərəkən məhsulu əhaliyə satmağı üstün tuturlar. Bildiyiniz kimi hər bir ərzağı saxlanma şəraiti, son istifadə tarixi var. Bundan əlavə sözügedən məhsul keyfiyyətini itirsə də, satışda qalması da hansı maraqların güdüldüyünü özündə müəmmalı saxlayır!
![]()
![]()
![]()

















