Mehin Hümbətova: Atam on dörd güllə ilə şəhid olub

OXUNUB: 661 ŞOU-BİZNES

Xocalıdakı vəhşiliklərə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

 Bu sözləri "Facebook” hesabında Xocalı ilə bağlı paylaşım edən müğənni Mehin Hümbətova yazıb:

"Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub. Nə qədər qəribə səslənsə də, hər dəfə Xocalıya aid kadrlara baxanda Allahıma min şükr edirəm ki, nə yaxşı o, əzabsız, mərdi-mərdanə vuruşaraq 14 güllə yarası ilə şəhid olub. Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm...

Kadrların təsirindən boğazım düyünlənib... 

Allahım, necə səssiz qalırsan bu zülmə?! O görüntülər əsrlərlə bizə lazım olacaq! Qarabağı geri alsaq belə, bu görüntüləri gələcək nəsilə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabları yaşadıblar!”

İcmal.Az

RƏYLƏR