Mehparə Mərdanzadə AQDİM-nin Fəxri üzvü seçildi

OXUNUB: 34 GÜNDƏM Özəl SOSİAL
 "Credence Group” və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi arasında donorluq mədəniyyətinin inkişafı sahəsində müzakirələr aparılıb və iki tərəfli birgə əməkdaşlığa dair tədbirlər planı üzrə qarşılıqlı razılıqlar əldə olunub.

Görüş çərçivəsində "Credence Group”un təsisçisi və direktoru Mehparə Mərdanzadə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü seçilib.

Bu münasibətlə hörmətli Mehparə Mərdanzadəni səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,
Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin
İdarə Heyətinin sədri

RƏYLƏR