“Mehriban Əliyeva mərhəmətin rəmzidir” – Elşən Musayev

OXUNUB: 477 index-manşet
"Mehriban xanım Əliyeva möhtərəm Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmaqla bərabər həm də xeyirxahlığın və mərhəmətin rəmzidir.
 
Bu BÖYÜK insan xalqın sevgisini məhz elədiyi yaxşılıqlarla, köməkliklərlə, həyata keçirdiyi, reallaşdırdığı ləyaqətli işlərlə qazanıb. Mehriban Əliyeva kasıb üçün, imkansız üçün, əlacsız üçün hər zaman ümid işığı olub, eyni zamanda illər boyunca hər kəsdə bu əminlik hissi formalaşıb ki, Mehriban xanıma edilən müraciət cavabsız qala bilməz. Qalmayıb da! Mehriban xanım gerçəkdən hamıya dəstək olub. Hər məqamda. Və..dəstək olmağa da davam edir. Çünki, həmin o haqqında danışdığımız mərhəmət anlayışı Mehriban xanımın həyat missiyasıdır, fəaliyyət kredosudur.”- 7NEWS.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev öz "facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

"Bu BÖYÜK şəxsiyyətə can sağlığı və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram. Çünki belə ləyaqətli insanlar var olduqca Azərbaycanımızın da gələcəyi parlaq olacaq. Ad gününüz mübarək, çox dəyərli Mehriban xanım!” – deyə millət vəkili fikirlərinə davam edib.

RƏYLƏR