Meksikanın ən qoca sakini 121 yaşında ölüb

OXUNUB: 487 MARAQLI

 Meksikanın ən qoca sakini Xesus Kastilyo Ranxel 121 yaşında vəfat edib.

O, Kintana-Roo ştatının xəstəxanalarından birində ölüb.

İlkin məlumatlara görə, uzunömürlü meksikalı yüngül sətəlcəmə səbəb olan tənəffüs çatışmazlığından dünyasını dəyişib.

Xesus Kastilo Ranxel 1910-1917-ci illərdə baş vermiş Meksika inqilabının indiyə qədər yaşamış son iştirakçısı idi. O, diktaturaya qarşı savaşan Emiliano Sapati və Venustiano Karransın əfsanəvi ordularında mübarizə aparıb. /report

 

İcmal.Az

RƏYLƏR