Məmurun qətl törətdiyi an - VİDEO

OXUNUB: 690 DÜNYA
Rusiya Federasiyasının Kabardino-Balkar Respublikasında baş vermiş qətl hadisəsi anbaan kameralara düşüb.

Hadisə aprelin 6-da gecə saatlarında baş verib. Videodan da göründüyü kimi, iki kişi bir-biri ilə söhbət edir. Lakin onlardan biri qəfildən digərinə yumruq zərbəsi endirir. Həmin anda üçüncü bir şəxs də qaça-qaça onlara yaxınlaşır. Nəticədə, onlar arasında dava düşür. Dava nəticəsində bıçaq zərbələri alan şəxs yerə uzanır. Digər iki nəfər isə qaçaraq hadisə yerindən uzaqlaşır.
 
Artıq qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Məlum olub ki, onlar elə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Hadisə ilə bağlı araşdırma aparılır./yenicag.az


İcmal.Az

RƏYLƏR