"Mən Adnana məxsus "Bolmart"ı tənqid edəndə "Baku TV" rəhbərliyi dedi ki, bura bizimdi" - TURAL MÜSEYİBOV

OXUNUB: 34 Özəl İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist Tural Müseyibov ajans.az saytına açıqlamasında deyib. Onun sözlərinə görə, vaxtilə, Baku TV-də işləyəndə Adnan Əhmədzadəyə məxsus "Bolmart"la bağlı tənqidi material hazırlayıbmış. Dərhal "Baku TV" rəhbərliyindən Tural Müseyibova deyilib ki, "Bolmart" şəbəkəsi həm də onlara məxsusdur və tənqid eləmək olmaz. 

Məlumat üçün qeyd edək ki, bu günlərdə "Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilmişdi

Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib. 

Araşdırmaya görə, "Bolmart” brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. "Bolmart”ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.

Videosujeti təqdim edirik:
 
 
 

RƏYLƏR