Mənsur Məmmədov Göyçayın Üngütlü kəndində Ramiz Mehdiyev üçün tikdridiyi malikanə-Fotofakt

OXUNUB: 27 HADİSƏ
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Göycayda Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin sahibi olduğu deyilən villalasını kim hədiyyə etdiyi məlum olub.
 
media-22
 
XALQ-a daxil olan məlumata görə, Göyçay rayonunun  Potu kənd inzibati ərazi dairəsinin  Üngütlü kəndində 10 hektar ərazidə yerləşən Ramiz Mehdiyev üçün xüsusi təmtaraqla tikilən malikanəni  hal-hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən hədiyyə olundugu bildirlir.

Qeyd edək ki, Mənsur Məmmədov 2007 –  2015-ci illərdə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 
 
media-67
Məlumata görə, 4 mərtəbəli  malikanənin ətrafı  xüsusi dekorativ ağaclar bəzədilib. Meşə ərazisində  yerləşən villanın həyətində  vəhşi heyvanların saxlanması üçün tikilidə mövcud olduğu bildirilir.  Avropa ölkələrindən gətirilmiş mebellerlə döşənmiş villada Ramiz Mehdiyev bir necə dəfə olub.

 

2 milyon manata ərsəyə gələn malikanə  Göycay rayonunun sosial-iqtsadi inkişafı üçün dövlət büdcəsindən ayrılan, və iş adamlarında xərəc kimi yığılan pullarla tikildiyi iddia olunur.
 media-ramiz1
Ramiz Mehdiyevə hədiyyə olunan villa Mənsur Məmmədovun vəzifədə qalmasında mühüm rol oynadığı qeyd edilir.

Məsələ ilə bağlı Mənsur Məmmədovla əlaqə yaratmaq mümkün  olmadı.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:
 
media-77

media-02
 media-24
 
media-22
 
 
 

RƏYLƏR