Mənsur Məmmədov örüş yerində göl yaradıb - ŞİKAYƏT

OXUNUB: 571 GÜNDƏM Özəl HADİSƏ
Bu Barədə 7NEWS.az saytına ünvanladığı şikayətdə Göyçay rayonu Qaramankənd sakni Mustafayev Rəvan Aydın deyib: "Mənsur Məmmədov 2007-ci il tarixdən 2015-ci il tarixə kimi Göyçay rayon icra başçısı vəzifəsində işləyən zaman Çərəkə kəndində bələdiyəyə məxsus ümumi istifadədə olan örüş təyinatlı torpaq sahəsini qanunsuz qazdıraraq sünü göl yatarmışdır.20 hektar torpaq sahəsini əhatə edən həmin göldə balıq yetişdirilərək satışa çıxarılır.Hazırda Ucarda icra başçısı vəzifəsində olan Mənsur Məmmədovun gözü heç cürə doymaq bilmir. Həmin balıq gölü Göyçayla -Ucarın kəsişdiyi ərazidə Çərəkə kəndinə məxsus örüş torpağında yaradıldığı üçün kənd sakinləri heyvanlarını otarmağa yer tapmırlar. Kənddə adi bir insan 2-3 sot torpağı zəbt edərsə tez onun barəsində cinayət işi başlanılır məsuliyyətə cəlb edilir, ancaq icra başçısı Mənsur Məmmədova buna görə gözün-üstə qaşın var deyən yoxdur. Həttda, göləkənd sakinlərinin əkin suyu axıdıldığı üçün sakinlər tez-tezsu qıtlığı ilə üzləşirlər. Mənsur Məmmədovunqazdırdığıgölqurunt suyu yaratdığı üçün2-3 klometr radiusda olan torpaq sahəsi şoranlaşaraq yararsız olmuşdur. Bir nəfər icra başçısının tamahına görə minlərlə insan əziyyət çəkməli olur. Onuda qeyd edim ki, belə neqativ hallar barədə şikayət veriləndən sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən əsassız cavab verilərək Mənsur Məmmədovun cinayət əməllərinin üstü ört-basdır edilir. Guya Mənsur Məmmədovun bundan xəbəri yoxdur bunların ona heç bir aidiyyatı yoxdur. Ancaq Göyçay və Ucarda uşaqdan böyüyə kimi hamı bilir ki, həmin balıq gölü şəxsən Mənsur Məmmədova məxsusdur. Örüş yerinin qazılaraq süni göl yaradılması cinayət əməli hesab edilir.Bunu isə icra başçısı etdiyi üçün məsuliyyətə dahada ağırlaşır. Mənsur Məmmədovun bu əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaqdan qanunsuz istifadə cinayətinintərkibi var. Dövlət qrumları insanlara bəla gətirən gözü doymaq bilməyən Mənsur Məmmədov barədə ciddi araşdırma aparıb onu məsuliyyətə cəlb etməlidir.”

7NEWS.az

RƏYLƏR