Populyar amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou yenidən ailə qurmağa hazırlaşır.
İcmal.Az milli.az-a istinadən bildirir ki, 45 yaşlı aktrisa sevgilisi, 46 yaşlı prodüser Bred Falçukla nişanlanıb.
Onlar bu barədə dünən "Good Morning America" proqramında açıqlama veriblər.
"Həyatımızın o anında birlikdə olduq və bəxtimiz gətirdi ki, birgə uğurlarımız və uğursuzluqlarımız sağlam, bəxtəvər münasibətlərimizin zəmini ola bilər", - sevgililər deyiblər.
Qvinet Peltrou yaşamı və həyatındakı dəyişikliklər barədə nəşr etdirdiyim "Goop" jurnalının yeni sayında bəhs edib.
Əsas mövzusu "Sex & Love" olan jurnalın üz qabağında Peltrou ilə Falçukun birgə fotosu var.
"Həyatın ortasında romantik sevgiyə baş vurmaq asan deyil. Amma bunu etdim, çünki birlikdə yaşaya biləcəyim və münasibətləri yenidən qura biləcəyim insanı tapdım", - Q.Peltrou etiraf edib.
Toyun tarixi açıqlanmayıb.
Qvinet Peltrou və Bred Falçuk 2014-cü ildə görüşməyə başlayıblar. Aktrisa məhz həmin ildə iki övladının atası, ilk əri Kris Martindən ayrılmışdı. 2016-cı ilin yayında Peltrou ərindən boşanmışdı.