Nyu-Yorkda keçirilən "20-ci əsrin əfsanəvi saatları" (Legendary Watches of the 20th Century) hərracında 17,7 milyon dollara qol saatı satılıb.
Həmin saat Hollivud əfsanəsi və avtoyarışçı Pol Nyumana məxsus "Rolex Cosmograph Paul Newman Daytona" polad xronoqrafıdır.
1968-ci ildə hazırlanmış qol saatının ilkin satış qiyməti 1 milyon dollar olub.
Hərrac 12 dəqiqə davam edib. Alıcının kimliyi bilinmir.
Arxasına "Drive carefully" ("Ehtiyatla sür") yazılmış xronoqrafı Nyumana xanımı, aktrisa Coan Vudvord hədiyyə etmişdi. O, saatı Nyu-Yorkdakı "Tiffany & Co" butikində satın almışdı.
P.Nyuman 2008-ci ildə 83 yaşında vəfat edib./milli


İcmal.Az

























