Məşhur bloqeri qaymaq öldürdü - FOTO

OXUNUB: 917 MARAQLI

Məşhur fransız dəb bloqeri və fitnes təlimatçısı Rebekka Burqer həlak olub. O, qaymaqlı krem-dozatorun partlaması nəticəsində başından ağır zərbə alıb, yıxılıb və ürəktutmasından vəfat edib.

Olay Fransanın şərqində, R.Burqerin evində yaşanıb.

33 yaşlı bloqerin anası Facebook-dakı səhifəsində yazıb ki, qızının ölümünə səbəb içində qaymaqlı krem olan dozator-dispenserdir: "Belə dispenserlərdən istifadə etməyin. Hazırda satışda və evlərdə on minlərlə belə dispenser var. Faciə baş verməmiş onları atın".

 

Rebekka Burqerin Facebook-dakı səhifəsinin 56 min, İnstagram-dakı profilinin isə 154 min daimi təqibçisi vardı./milli

 


İcmal.Az

RƏYLƏR