Məşhur futbolçu və arvadı həbs olundular - FOTO

OXUNUB: 500 MARAQLI

Britaniyanın tanınmış futbolçularından biri, "Brayton ənd Houv Albion" klubunun forvardı Qlen Mürreylə xanımı Steysi həbs olunublar.

 34 yaşlı futbolçu ilə 39 yaşlı həyat yoldaşı 1,2 milyon funt-sterlinq məbləğində vergi fırıldaqlarında suçlanırlar.

Polis ailənin Sasseksdəki 2 milyon funtluq evində axtarış aparıb, kompüterləri, şəxsi və işgüzar yazışmaları müsadirə edib.

Mürreylə arvadı pullu zəmanətə buraxılıblar.

 

34 yaşlı Qlenn Mürrey 2016-cı ildən bəri "Brayton"un heyətində oynayır. Futbolçu bu mövsümdə İngiltərə premyer-liqasında 22 matçda meydana çıxıb, 6 qol vurub./milli

Məşhur futbolçu və arvadı həbs olundular - FOTO

Məşhur futbolçu və arvadı həbs olundular - FOTO

İcmal.Az

RƏYLƏR