Məşhur futbolçunun oyunda dişi qırıldı - VİDEO - FOTO

OXUNUB: 971 İDMAN

"Atletiko Madrid"in kapitanı Dieqo Qodin "Valensiya"ya qarşı çıxdıqları La Liqa matçını sona qədər oynaya bilməyib.

Uruqvaylı müdafiəçi 51 dəqiqə meydanda qala bilib.

Buna səbəb isə Qodinin "yarasalar"ın qapıçısı Neto ilə toqquşması səbəb olub. Yaşanan hadisə zamanı müdafiəçinin 3 dişi qırılıb.

Qodindən öncə isə 29-cu dəqiqədə "Atletiko"nun daha bir müdafiəçisi Stefan Saviç zədə ucbatından oyunu tərk etmişdi.

Qeyd edək ki, matç 1:0 hesabı ilə Madrid təmsilçisinin xeyrinə bitib.

İspaniya La Liqa - 22-ci tur

 

4 Fevral
"Atletiko" - "Valensiya" - 1:0
Qol: Korrea, 59

Oyunun geniş icmalını təqdim edirik:/milli

İcmal.Az


RƏYLƏR