Məşhur müğənni həbs olundu - Banan yediyi üçün

OXUNUB: 586 DÜNYA

Misir məhkəməsi məşhur müğənni Şimaya həbs cəzası verib.

 Buna səbəb müğənninin yeni klipində seksual pozalarla banan yeməsi olub.

25 yaşlı cazibədar müğənni keçən ay sözügedən klipin yayımından sonra yaşanan mübahisələr səbəbilə polis tərəfindən saxlanılmışdı. Məhkəmə isə prosesdə on qarşı əxlaqsızlıq və açıq-saçıq videoçarx yayımlamaq ittihamı ilə həbs cəzası vermişdi.

Məhkəmədə müğənni ilə yanaşı, klipin rejisssoru haqqında da 2 il həbs cəzası qərarı çıxarılıb.

Qeyd edək ki, bu hadisə Misirdə ilk deyil. Daha öncə də 3 rəqqasə kliplərdə əxlaqsız hərəkətlər etdiyinə görə 6 ay həbs cəzası almışdı./publika

İcmal.Az

RƏYLƏR