The Spice Girls qrupunun sabiq solisti, amerikalı müğənni Melani Braun ABŞ-da yeni evlənmiş polis zabitinin ailəsinin dağılmasına səbəb olub.
Beverli-Hillz şəhər polis idarəsinin zabiti, 32 yaşlı Rayan Lourens 42 yaşlı Melani Braunla görüşür.
Üstəlik, bu görüşlər Lourensin 29 yaşlı xanımı, tibb bacısı Morqanla toyundan əvvəl başlanıb.
Rayanla Morqan 11 ay əvvəl evləniblər.
Ərinin ona xəyanət etdiyini eşidən Morqan Lourens evi tərk edib.
Ötən həftə isə Melani Braun VMA mükafatlarının təqdimat mərasimindən sonra erməni bərbər Qari Madatyanla birlikdə əylənib, sonra otelə yollanıb.
İlkin məlumatlara görə, müğənni medianın diqqətini Rayan Lourenslə "eşq"indən yayındırmaq üçün bunu qəsdən edib.
Melani Braun əri Stiven Belafontedən martda boşanıb./milli







İcmal.Az

























