Məşhur müğənninin hər kəsdən gizlətdiyi sevgilisi görün kim imiş...

OXUNUB: 666 DÜNYA

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio ABŞ-ın Florida ştatındakı Malibu kurortunda yerləşən villasında istirahət edir.

İcmal.Az milli.az-a istinadən bildirir ki, 42 yaşlı aktyor həmkarı və dostu Bredli Kuperlə birlikdə dincəlir.

Bir qədər əvvəl Di Kaprio Fransanın Sen-Trope şəhərində idi. O, "Titanik" filmində baş rolları paylaşdığı aktrisa Keyt Uinsleti villasına dəvət etmişdi.

Leonardo Di Kaprio may ayında sevgilisi, danimarkalı model Nina Aqdaldan ayrılıb. İndi o, 23 yaşlı alman model Lorena Reylə birlikdədir.

Aktyor məşhur yazıçı Valter Ayzeksonun "Da Vinçi" romanı əsasında çəkiləcək eyniadlı filmdə Leonardo Da Vinçi rolunu oynayacaq.

 

İcmal.Az 

RƏYLƏR