"Metal Trader LTD" şirkətinin 13 milyon vergi borcu yaranıb

OXUNUB: 1172 İQTİSADİYYAT
 "Metal Trader LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu var. 

Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.115.634,65 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, "Metal Trader LTD" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Muslim Gassanovdur.

2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkət də təmsil olunub. Sözügedən borca görə, Muslim Gassanovun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

RƏYLƏR