Mətbuatda yayılan xəbərlər yanlışdır, məhkəməyə vermişik - İnvestAZ

OXUNUB: 831 İQTİSADİYYAT
Məsələ ilə bağlı İnvestAZ İnvestisiya Şirkətinin mövqeyini diqqətinizə çatdırırıq:
Bugün Azərbaycan mediasında, müxtəlif xəbər saytlarında Türkiyə mediasına istinadən İnvestAZ şirkəti ilə bağlı qətiyyən həqiqətə uyğun olmayan, təhrif olunmuş xəbərlər yayılmışdır. 
İnvestAZ Azərbaycanda lisenziyalı İnvestisiya Şirkətidir və marja xidməti şirkətimizin çoxsaylı investisiya xidmətlərindən yanlız biridir. Türkiyədə fəaliyyət göstərən İnvestAZ Yatırım Menkul Değerler A.Ş. və Azərbsycanda fəaliyyət göstərən İnvestAZ İnvestisiya Şirkəti QSC ayrı-ayrı fərqli şirkətlərdir, sözü gedən məsələnin isə İnvestAZ İnvestisiya Şirkəti QSC-yə heç bir aidiyyatı yoxdur. 
Sözü gedən məsələ ilə bağlı Türkiyədəki İnvestAZ şirkətinin məlum şəxslə qarşılıqlı iddiaları üzrə məhkəmələri və prosesləri davam edir. Bu şəxsin bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna xələl yetirmək məqsədi ilə müxtəlif mediya qrupları vasitəsi ilə qara PR aparması nəticəsində şirkətə maddi və reputasiya zərəri verdiyi üçün haqqında külli miqdarda təzminat tələbi ilə Türkiyə məhkəmələrinə müraciət edilmişdir. Bu məsələdə aidiyyatı olan bütün şəxslərin haqlı cəzalarını alması üçün bütün resursların səfərbər olunduğunu da bildirmək istərdik. 
İnvestAZ şirkətinin komandası son 20 ildə olduğu kimi müştərilərinə dünya maliyyə bazarlarında daima yüksək səviyyəli xidmət göstərməyə və yenilikləri ilə sevindirməyə bundan sonra da davam edəcəkdir. 
Bununla da, Azərbaycan mətbuat və mediyasını, o cümlədən xəbər saytlarını diqqətli olmağa, yalan məlumatları yaymamağa, belə hallar olduqda məlumat yaymazdan öncə şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirmələrini məsləhət görürük. Əsas səhmdarımız eyni olduğu üçün bu növ möqeni  İnvestAZ İnvestisiya Şirkəti QSC-dən də öyrənə bilərsiniz.

RƏYLƏR