“Metro Park”a bomba qoyulub deyən saxlanıldı

OXUNUB: 807 SOSİAL

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər  görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxslərin cinayəti törətdiyi sübuta yetirilərsə, onları 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

 

İcmal.Az

RƏYLƏR