"Sən ona dərisinin rənginə görə hücum edirsən. Sən onu təhqir edirsən! Dava etmək istəyirsən? Dalaşmaq keçir könlündən?!"
Hindistanın paytaxtı Nyu Dehlinin metrosunda, qatar "Green Park" stansiyasının yaxınlığında olarkən vaqonda dava düşüb.
3 hindus kişi vaqondakı iki qaradərili, afrikalı turist qadına sataşmağa, onları ələ salmağa başlayıb.
Qadınlardan biri bu təhqirlərə dözməyib.
"Sən dava istəyirsən?! Gəl dalaşaq!" deyən qadın əynindəki sviteri çıxarıb.
Qadını digər sərnişinlər sakitləşdirməyə çalışıblar, "Burada kimsə dava istəmir" deyiblər.
"World Values Survey"in son hesabatına görə, Hindistan irqçilik səviyyəsinə görə dünya lideridir./milli.az
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin: